waplog

ADİU məzunlarının məlumat və sistemli kataloqu yaradılır


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müxtəlif illərdə məzunları olmuş dövlət, özəl və beynəlxalq təşkilatlarda məsul vəzifələrdə çalışan və ya vaxtilə çalışmış, elm və təhsil sahəsində nailiyyətlər əldə etmiş və ictimai fəaliyyətdə uğurlar qazanmış məzunlar haqqında sistemli məlumat kataloqunun yaradılması layihəsinə başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat universitetin saytında yerləşdirilən elanda əksini tapıb.

ADİU məzunlarına müraciət edərək bildirir ki, müvafiq məlumatları “adiu.mezun@aseu.edu.az” elektron ünvanına göndərə bilərlər.

Bu məlumatlara məzunun adı, soyadı, atasının adı, bitirdiyi ixtisas və il, çalışdığı təşkilat, vəzifə, özü haqqında qısa məlumat (CV, əldə edilmiş nailiyyətlər, uğurlar və s.), əlaqə telefonu, e-mail və foto daxildir.
Bununla yanaşı, məzunlar layihə ilə bağlı təklif və tövsiyələrini əlavə edə bilərlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL