waplog

“Sony” şirkəti “PS Vita” cib konsolunun xüsusiyyətlərini elan edib


“Sony” şirkəti “PS Vita” cib konsolunun texniki xüsusiyyətlərinin tam siyahısını elan edib. Konsol “Cortex-A9” arxitekturası əsasında 4 nüvəli prosessor və 512 meqabayt əməli yaddaş ilə təchiz ediləcək.

“Sony” şirkəti konsolda “SGX543MP4+” qrafik prosessorunun olacağını təsdiq edib. Qrafik yaddaşın tutumu 128 meqabayt təşkil edəcək. “960x 544” piksel kəskinlikli və sensor ekran dəstəyi ilə olacaq ekran 16 milyon rəng çaları əks etdirəcək.

“PS Vita” cib konsolu 2011-ci ilin sonunda yapon bazarında satışa çıxarılacaq. Yeni oyun konsolu Avropa və ABŞ-da 2012-ci ilin fevral ayından satılmağa başlanacaq. “Vita” oyun konsolunun qiyməti 249 dollar təşkil edəcək. Konsol “E3-2011” sərgisində təqdim edilib. O zaman “PS Vita” üçün artıq 80-dən çox müxtəlif oyun hazırlandığı elan edilmişdi.


lenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL