waplog

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək


4-5 iyun tarixində “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək. Konfransın təşkilatçısı AMEA Memarlıq və İncəsənət İnstitutudur.
 
İnstitutdan bildirilib ki, bütün aidiyyəti qurumları cəlb etməklə təşkil olunacaq konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə ediləcək.
 
 
Bu gün ölkəmizdə yaranmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan addım kimi əhəmiyyətli rol oynayacaq.
 
Bunu nəzərə alaraq, Təşkilat Komitəsi (TK) bu sahə ilə məşğul olan bütün alim və mütəxəssisləri konfransda iştirak etməyə dəvət edir. Arzu edən alim və mütəxəssislər konfransa məruzəçi və ya iştirakçı (çıxışçı) qismində qatıla bilərlər. İştirakla bağlı məlumat və məruzənin tezisləri “Forma 1” doldurulmaqla elektron formada 15 may 2014-cü il tarixindən gec olmayaraq TK-yə (E-mail:  vidadi-qafarov@rambler.ru; əlaqə telefonu: 050 344 70 88. Koordinator: Vidadi Qafarov) göndərilməlidir.
 
Məruzələr konfransın açılışı günü müvafiq tərtib qaydalarına əməl olunmaqla diskə yazılmış və A4 formatda kağızda çap edilmiş şəkildə koordinatora təqdim olunmalıdır. Qəbul edilmiş məruzələr konfransdan sonra institutun “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc olunacaq.
 
İnstitutdan qeyd edilib ki, konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək. Məruzəyə görə bütün məsuliyyəti müəllif daşıyır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL