waplog

Qərb bölgəsində ilk İT akademiya kursları başa çatıb


Azərbaycanın qərb bölgəsində ilk İT akademiya kursları yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “Region gənclərinin kompüter bacarıqlarının inkişafı” layihəsi fondun maliyyə dəstəyi ilə baş tutub.
 
Layihə çərçivəsində Tovuzun Ağdam, Qaraxanlı və Əlibəyli kəndlərində İT akademiya kursları təşkil olunub. İT akademiya kursları özündə 3 təlim paketini birləşdirib.
 
Qeyd edək ki, “Region gənclərinin kompüter bacarıqlarının inkişafı” layihəsinin keçirilməsində əsas məqsəd region gəncləri arasında kompüter biliklərinin inkişafına nail olmaq və onları İKT-nin tətbiqi sahələrinə istiqamətləndirməkdən ibarətdir. Layihə çərçivəsində cəbhə bölgəsi üzrə 5 günlük İT akademiya kursları təşkil olunub. Hər benefisiar cəbhə bölgəsində gənclərin İKT-dən düzgün istifadə etmə və tətbiqi üzrə praktiki məşğələlər keçirilib. İT akademiya çərçivəsində kurs iştirakçıları kompüterin ilkin biliklərinə (Microsoft Office, E-mail, Internet), İT idarəetməsinə giriş (Windows 7, TCP/IP) və digər praktiki biliklərə yiyələniblər.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL