waplog

“Apple” birinci rübdə ABŞ Konqresində lobbiçiliyə xərcləri 50 faiz artırıb


“Apple” şirkəti 2014-cü ilin birinci rübündə dövlət strukturlarında lobbiçiliyə 1,1 milyon dollar xərcləyib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 48,6 faiz çoxdur. Bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasına daxil olan sənədlərdə deyilir.  

Şirkətin konqresdə öz maraqları ilə bağlı yönəltdiyi problemlər arasında vergitutma və patent islahatları sahəsində qərarların qəbul olunmasına təsir göstərmək səyləri olub. Bundan başqa, “Apple” ətraf mühitin mühafizəsi, ticarət, istehlakçı hüquqlarının qorunması məsələlərinə, eləcə də fərdi məlumatların saxlanılması sahəsində maraqların lobbiçiliyinə vəsaitlər yönəldib.

Qeyd edək ki, “Google” ilin birinci rübündə ABŞ Konqresində lobbiçiliyə 3,8 milyon dollar sərf edərək xərcləri 14 faiz artırıb. Hesabat dövründə vergitutma, kibercinayətkarlıq və fərdi məlumatların mühafizəsi məsələlərində maraqların təbliği ilə yanaşı, “Google” səhiyyə sahəsinə maraq göstərib.

Cari ilin birinci rübünün yekunları üzrə “Microsoft” korporasiyası lobbiçiliyə xərcləri 17,8 faiz – 2,1 milyon dollaradək artırıb. Bununla yanaşı, “Facebook” sosial şəbəkəsi xərcləri 13,5 faiz artıraraq hesabat dövründə 2,78 milyon xərcləyib.

Telekommunikasiya şirkətləri arasında lobbiçiliyə hamıdan çox maraqlarının təbliği üçün 3,7 milyon dollar xərcləyən “AT&T” operatoru olub. Sonrakı yerdə 3,5 milyon dollar xərclə "Verizon” şirkəti qərarlaşıb, - “İTAR-TASS www.itra-tass.com” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL