waplog

Bitkoinlərlə ödəniş etmək üçün simsiz qolbaq hazırlanıb


Cihazların hazırlanması ilə məşğul olan "MEVY" şirkətinin nümayiş etdirdiyi qolbaq prototipinin köməyi ilə ödəniş etmək mümkün olacaq. Daşınan pul cüzdanının köməyi ilə bitkoinlərlə ödəniş etmək mümkün olacaq.
 
İstehsalçı bildirib ki, yeni cihaz mikroödənişlər üçün nəzərdə tutulub. Hazırda qolbağın köməyi ilə ödənilə bilən maksimal əməliyyat məbləği 20 dollar təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, daşınan qolbaq "Bluetooth Low Energy" interfeysi ilə ödəniş yerində yerləşdirilmiş qurğuya qoşulur. Hazırda bitkoinlərlə ödənişi yalnız  texnoloji cəhətdən ən inkişaf etmiş yerlərdə etmək olar. Bundan başqa, "Apple" şirkəti bitkoinlərlə işləyən bütün tətbiqləri "AppStore" onlayn mağazasından silir.
 
Bəzi məlumatlara görə, hazırda bitkoin hesaba malik təxminən 1 milyon insan var.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL