waplog

Region gəncləri İKT üzrə maarifləndirilir


Qəbələdə gənclər üçün kompüter sahəsində bilik səviyyəsinin artırılması, informasiya-kommunikasiya texnologiyalarının (İKT) laboratoriyaları və interaktiv tədris kurslarının yaradılması üzrə təlim keçirilib.
 
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşan "İKT İnkubatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması" adlı pilot layihə çərçivəsində iştirakçılara informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarının artırılması, müasir ixtisaslara yeni yiyələnmə metodları, region gənclərinin məşğulluğu probleminin həlli istiqamətində lazımi biliklər aşılanıb.
 
 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təlim müasir texnologiyalardan hərtərəfli istifadə etməklə həyata keçirilib. Seminarda mövzu ətrafında gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb, videoçarxlar nümayiş olunub və əyani vəsait olaraq kompüter proqramlarının diskləri iştirakçılara təqdim olunub. Hər bir iştirakçı təlimdə aktiv şəkildə təmsil olunaraq praktiki bacarıqlarını da sınaqdan keçirib.
 
 
Seymur
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL