waplog

“HP” şirkəti “Android” üzərində işləyən noutbuk istehsal etməyə hazırlaşır


“HP” şirkəti “Android” üzərində işləyən noutbuk istehsal etməyə hazırlaşır.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni məhsulun maraqlı xüsusiyyəti onun  sim-kart üçün slotla təchiz edilməsidir.

Məlumat üçün bildirək ki, “Android” – mobil qurğular - yəni smartfon və planşetlər üçün, nəzərdə tutulmuş əməliyyat sistemidir. Bu əməliyyat sisteminin noutbukda tətbiqinə ilk dəfə cəhd edilir.
“HP SlateBook 14” adlandırılan bu qurğu 14 düymlük, FullHD ölçülü sensor displeylə, “BeatsAudio” audiosistemi ilə   təchiz ediləcək  və “Nvidia Tegra” çipi əsasında işləyəcək.

 Noutbukun korpusunda standart girişlərlə yanaşı, micro-sd kart, əsasən də sim-kart üçün nəzərdə tutulmuş slotlar var. Noutbukun tərtibatçıları, deyəsən, onu maksimal şəkildə mobil və planşetə oxşar etmək istəyirlər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL