waplog

Regional Rabitə Birliyi MDB ölkələrinin təhsil sistemlərində İKT-nin istifadəsi haqda qanun qəbul edib


Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının 40-cı iclası çərçivəsində MDB ölkələrinin təhsil sistemlərində informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadəsi haqda model qanununu qəbul edib.
 
İclas çərçivəsində eyni zamanda MDB ölkələrinin başçılarının seçkiləri, bələdiyyə seçkiləri, yerli referendumların və səsvermələrin keçirilməsi  haqda qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanıb.
 
MDB ölkələrinin 2011-2013-cü illərdə təhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlıq proqramlarının nəticələri və 2014-2018-ci illər üçün müvafiq proqramların icrası ilə bağlı məsələlər, bir sıra qanunlar, o cümlədən ekoloji aqroistehsal, su obyektlərinin mühafizəsi, ekoloji sığorta ilə bağlı qanun modelləri də müzakirə mövzusu olub.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL