waplog

İndi də televizor tamaşaçını izləyəcək


Gələcəkdə UTAN TV interfeysi ilə yeni televizorlar istehsal ediləcək. Yaponiyada yerləşən STRL Elmi-Texniki Tədqiqat Laboratoriyasının alimləri tamaşaçını izləyən və onların baxdıqları proqram əsasında maraq dairələri haqqında informasiya toplayan xüsusi televiziya interfeysinin hazırlanması ilə məşğuldurlar.
Hazırda layihə aktiv yoxlama mərhələsindədir. İnterfeys UTAN TV adlanır və User Technology Assisted Navigation kimi izah edilir. Yeni naviqasiya televizorun korpusuna və ya ona ayrı qoşulan veb-kamera vasitəsilə tamaşaçıları izləyir. Bu kamera müəyyən müddətdən sonra tamaşaçıların şəklini də çəkir.
Proqram tamaşaçının bu və ya digər proqrama marağını təyin edəcək. Kamera, həmçinin tamaşaçının sifətini, daha doğrusu, onun mimikasını da izləmək qabiliyyətinə malikdir.
İstehsalçılar UTAN TV interfeysininə bazarda böyük tələbat olub-olmayacağını hələr dəqiqi bilmir. Çünki, interfeysin bütün televizorlarda yerləşdirmək şansı çox azdır. Bundan əlavə çətin ki öz şəxsi evində daimi nəzarətdə olmaq istəyən adam çox olsun.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL