waplog

“SanDisc” 4 TB həcmində ilk SSD daşıyıcını nümayiş etdirib


“SanDisc” şirkəti əsasən korporativ seqment üçün nəzərdə tutulmuş 4 QB həcmində yeni “Optimus Max”  sərtgövdəli daşıyıcısını nümayiş etdirib. Şirkətdən bildirilib ki, ilk dəfədir  bu həcmdə SSD disk yaradılıb.

“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, yeni disk 2.5 düymlük form-faktorda təqdim edilib və 19 nanometr texnoloji proses üzrə hazırlanmış NAND çiplərinə əsaslanır. Məlumatların ötürülmə sürəti saniyədə 400 MB-a çatır.

Yeni SSD daşıyıcının məhsuldarlığı oxuma əməliyyatı zamanı 70000 IOPS (saniyədə giriş-çıxış əməliyyatlarının sayı) və yazma əməliyyatı zamanı 15000 IOPS təşkil edir. Bundan başqa, “Optimus Max” kifayət qədər aşağı enerji sərfiyyatına malikdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL