waplog

“iMessage”in yaradıcısı “Apple” şirkətini tərk edib


"iMessage" və "FaceTime" tətbiqlərinin tərtibatçısı Endrü Vayrros "Layer" messencerinə görə "Apple" şirkətini tərk edib.  

O, "LinkedIn" işgüzar sosial şəbəkəsində öz hesabında yazıb ki, 2014-cü ilin yanvarından "Apple" şirkətini tərk edib, amma şirkət rəsmiləri yalnız mayın 7-də bu haqda xəbər veriblər. İlk dəfə "TechCrunch" nəşri bu  informasiyanı dərc edib.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, Vayrros 2009-cu ildə "Apple" şirkətində işə başlayıb. O, şirkətdə "iMessage", "FaceTime" tətbiqlərinin və push-xəbərdarlıq sisteminin hazırlanmasında iştirak edib. Bununla belə, o hesab edir ki, "Layer" üzərində iş daha çox təcrübə qazandıra bilər, çünki söhbət bir tətbiqdən deyil, bütöv sistemdən gedir. Qeyd edək ki, o, startap komandasında texniki direktor vəzifəsini icra edəcək. Bundan əvvəl Vayrros "Xerox", "Yahoo!" və "NeXT" şirkətlərində işləyib.
 
"Layer" – çoxplatformalı messencerdir, kənar istehsalçı "10 kod sətri" vasitəsilə  öz tətbiqini qoşa bilər. "Android", "iOS" və "Windows Phone" platformaları üçün yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL