waplog

Milli peyk vasitəsilə daha bir regional TV kanalı yayıma başladı


Azərbaycanın 10-cu müstəqil telekanalı  “Region” TV-nin  ümumrespublika yayımına başlanılıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, mayın 10-dan etibarən yayımına start verilən sözügedən TV-ni açıq - rəqəmsal yayımda  Bakı və Abşeron yarımadasında izləmək mümkündür.
 
Eyni zamanda KTV, “Ailə” TV, “ATV+”  kabel operatorlarında telekanalın yayımı həyata keçirilir. Yaxın günlərdə  “Connect” TV və BBTV-də də “Region” TV-ni izləmək mümkün olacaq. Telekanal həmçinin, “Azersat –1” milli peyki vasitəsi ilə də yayımını həyata keçirir. Bölgələrdə isə yayım analoq rejimində həyata keçirilir. Yaxın 2 ay ərzində “Region” TV teleşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı  rəqəmsal formata keçəcək.
 
“Region” TV-nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımi hazırlıq prosesini keçib. Hazırlıq mərhələsini uğurla başa vuran telekanal gələcəkdə  efir məkanımızı yeni və fərqli layihələrlə bəzəməyi də planlaşdırır.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL