waplog

Azərbaycan Milli Kitabxanasında “VTLS-Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda treninqlər başlayıb


Azərbaycan Milli Kitabxanasında "VTLS-Virtua proqramının inkişaf etdirilməsi" mövzusunda treninqlər başlayıb. "VTLS-Virtua" proqramının sistem administratoru Yana İlavska tərəfindən aparılan təlimlər may ayının 15-dək davam edəcək.
 
Kitabxanadan bildirilib ki, treninqdə "Virtua"nın modullarının təkmilləşdirilməsi, kitab verilişi, oxucu qeydiyyatı, axtarış sistemlərində qarşıya çıxan problemlərin həlli və s. məsələlər müzakirə olunur.
 
Qeyd edək ki, "Virtua" proqramı kitabxanalar, arxivlər, muzeylər və korporasiyalar üçün materialların rəqəmli formaya çevrilməsini ən yüksək və peşəkar səviyyədə təmin edir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL