waplog

Azərbaycan rabitə iqtisadiyyatı üzrə beynəlxalq tədbirdə iştirak edəcək


Azərbaycan mayın 28–29-da Astanada (Qazaxıstan) keçiriləcək Regional Rabitə Birliyinin Rabitə Operatorları Şurasının, rabitə və rabitə iqtisadiyyatı üzrə komissiyaların 33/29/33-cü birgə  iclaslarında iştirak edəcək.       
   
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin baş mütəxəssisi Məzahir Vəliyev təmsil edəcək.
 
Birgə iclasda RRB üzvlərinin Beynəlxalq Rabitə İttifaqının forumlarında iştirakı və hazırlığı, beynəlxalq Olimpiya oyunlarının, Universiadaların, Hokkey üzrə dünya çempionatının keçirilməsində novator həllərinin tətbiqi məsələləri, həmçinin  MDB ölkələrində beynəlxalq rabitə xidmətləri üzrə (o cümlədən rouminq) operatorlararası qarşılıqlı hesablaşmaların aparılması prinsipləri haqda, o cümlədən, RRB ilə yeni texnologiyaların kommersiyalaşdırılması və işlənməsi mərkəzinin inkişafı fondu arasında strateji tərəfdaşlıq haqda sazişin layihəsinin müzakirəsi nəzərdə tutulub.
 
Tədbir çərçivəsində mobil operatorların şəbəkələri üzərində infrastrukturun istifadə edilməsi, rəqəmli formatda teleproqramların yayımlanması, RRB üzvü olan ölkələrin rabitə xidmətləri bazarında rəqabət və 694-790 MHz radiotezlik zolaqlarının perspektiv istifadəsi, mobil və stasionar rabitə şəbəkələrində nömrələrin daşınması və s. kimi məsələlərə də  baxılacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL