waplog

Braziliyalı yeniyetmə “SMS” yazmaq üzrə dünya rekorduna imza atıb


Braziliyanın on altı yaşlı sakini Marsel Fernandes “SMS” bildirişin yazılmasının sürəti üzrə dünya rekordunu qırıb. Yerli KİV-in məlumatına görə, cümə axşamı onun nailiyyəti “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

Ötən ay Nyu-Yorkda keçirilən yarışma iştirakçılarına telefonda ingilis dilində “The razor-toothed piranhas of the genera Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality they seldom attack a human” cümləsini yığmaq tapşırılıb. M.Fernandes tapşırığı 18,19 saniyəyə yerinə yetirib. Əvvəlki rekord 18,44 saniyə olub.

Yeniyetmə bildirib ki, 2009-cu ildə fərdi kompüterini sıradan çıxardığına və yeni kompüter almaq üçün pulu olmadığına görə yalnız smartfondan istifadə etməyə başlayıb və nəticədə bildirişləri sürətlə yazmağı öyrənib. Braziliya kolleclərinin birində fizikanı öyrənən M.Fernandes “SMS” göndərmək “dəlisi” olmadığını etiraf edib, - “İTAR-TASS www.itar-tass.com” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL