waplog

ƏMDK “Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə” adlı ictimai təqdimat keçirib


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə” adlı ictimai təqdimat keçirib.
 
Təqdimatda komitə tərəfindən göstərilən e-xidmətlərlə əlaqədar cəmiyyətə məlumatlar verilib. Bildirilib ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri dövlət reyestrindən məlumatları internet vasitəsilə əldə edəcəklər. Komitənin sədr müavini Rafiq Cəlilov deyib ki, e-xidmətlər istifadəçilərə böyük imkanlar yaradır. Onun sözlərinə görə, bundan sonra vətəndaşlar tərəfindən ərazi qeydiyyat idarələrinə ərizələrin yazılması, idarələrə müraciət edilməsinə ehtiyac qalmayacaq:
 
 “İstifadəçi evindən, ofisindən kənara çıxmadan rahat şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaq. Bu xidmət əhali, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün faydalı olacaq. Elektron xidmətlər sayəsində mülkiyyət sahiblərinin əvvəllər daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara sərf etdikləri vaxta böyük qənaət olunacaq, vətəndaş-məmur ünsiyyəti azalacaq, qeydiyyat sahəsində şəffaflıq daha da yüksək səviyyədə təmin ediləcək. Eyni zamanda, yeni xidmətlər daşınmaz əmlak bazarının aktivliyini təmin edəcək, alqı-satqı proseslərini stimullaşdıracaq”.
 
 
ƏMDK-nin 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başladığını önə çəkən R.Cəlilov komitə tərəfindən hazırda 20 interaktiv, 2 informativ e-xidmətin vətəndaş və əmlak sahiblərinin istifadəsinə verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, cari ilin sonuna kimi adıçəkilən komitənin təqdim etdiyi elektron xidmətlərin sayı artırılacaq: “İl ərzində istifadəyə veriləcək xidmətlərə icarə haqqı borcları haqda məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi haqda məlumatın SMS vasitəsilə verilməsi,  kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və başqa xidmətlər olacaq. İndiyə qədər elektron xidmətlər vasitəsilə 51 600 elektron müraciət daxil olub”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL