waplog

160 dollarlıq “Full HD” təsvir ölçülü planşet


Çinin elektronika istehsalçıları vaxtaşırı alıcıları texniki xarakteristika və qiymət baxımından uyğun cihazlarla sevindirirlər. Belə ki “Chuwi” şirkəti bu yaxınlarda “VX3” adlı 7 düymlük planşet və ya "planşetofon” (qurğu iki SİM kart quraşdırılmasını dəstəkləyir, zəng etməyə və SMS mesajlar göndərməyə icazə verir) nümayiş etdirib.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bu qurğunun qiyməti 160 ABŞ dollarıdır, amma texniki xarakteristikası çox yaxşıdır. “Chuwi VX3” planşeti “Full HD” təsvir ölçülü 7 düymlük ekran, 1.7 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6592” prosessoru ilə təchiz olunub.
 
Çinin yeni cihazı 2 QB əməli və 16 QB daxili yaddaş, 3200 milliamper/saat tutumlu akkumulyator, 8 və 2 meqapiksellik kameralarla təchiz edilib. Aparata “Android” mobil əməliyyat sisteminin 4.4 versiyası quraşdırılıb.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL