waplog

“Hitachi” yumor hissinə malik robot yaradıb


Yapon mühəndisləri yumor hissinə malik robot nümayiş etdiriblər, bundan başqa robot yersiz zarafatı başa düşür. “Emiew2” robotunun hündürlüyü təxminən 80 sm-dir və diyircəkli təkərlərin köməyi ilə hərəkət edir. Robotun istehsalçısı “Hitachi” şirkətinin rəsmisi deyib ki, robot insanla ünsiyyət saxlayaraq zarafat da edə bilər.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, robot semantikanı başa düşmək üçün insan danışığını sözbəsöz araşdırmağa və hər sözü təhlil etməyə qadirdir.
 
“Hitachi” robot-texnika bölməsinin direktoru Xisaxi İkeda deyir ki, yumor hissi robot üçün mürəkkəb anlayışdır, belə ki, hətta əksər insanlar yumor hissinə malik deyil.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL