waplog

Dünya bazarında “3D”kanallarına maraq azalır


“IHS Technology” agentliyinin keçirdiyi araşdırmalar göstərib ki, hazırda bağlanılan “3D” kanallarının sayı yeni üçölçülü kanalların sayından çoxdur.

“ICTnews” xəbər xidmətinin “http://www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu ilin yanvar ayında Skandinaviya bazarında fəaliyyət göstərən “Viasat” peyk operatoru, ona məxsus “3D” kanalını bağlayıb. Bundan başqa, artıq “High TV 3D” kanalı da yayımlanmır.
 
“IHS”-in araşdırmalarında nümayiş və ya test rejimində işləyən “3D” kanalları nəzərə alınmayıb. Bununla yanaşı, efirində ayrıca “3D” proqramları bloku daxil olan kanallar və “Video on Demand” xidmətləri araşdırmalarda nəzərə alınmayıb.
 
Qeyd edək ki, “3D” ilk dəfə 2010-cu ildə təqdim edilib və bu dövrdə 19 “3D” kanalının yayımına başlanılıb.
 
“3D” kanalların sayının artım templəri 2012-ci ildən azalmağa başlayıb, 2013-cü ildə isə bağlanmış “3D” kanalların sayı yeni açılan kanalların sayından az olub”, - hesabatda bildirilib.
Fəaliyyət göstərən 26  “3D” kanalından təxminən 17-ni DTH-platformalar üzərindən çıxmaq olar, bu arada kabel operatorları  və İPTV provayderlərin hər birisi öz istifadəçilərinə dörd bu cür kanal təqdim edirlər.
 
Mövcud olan “3D” kanallarının 88%-i hazırda ödənişli televiziya sektorunun payına düşür. Bu arada “IHS” agentliyi “3D” formatında məşhur idman və kinokontentin hüquqlarının sahibi olan “BSkyB” platformasının uğurunu qeyd edir. Məlumdur ki, “Sky” (“BskyB”, “Sky Italia” və “Sky Deutschland”) platformalar ailəsi nəinki “3D” televiziya sahəsində öz nailiyyətlərindən razıdırlar, onlar həmçinin bu formatın inkişafını dəstəkləyirlər. Bu həftə məlum olub ki, şirkətlərin hamısının vahid “Sky Europe” brendi altında birləşdirilməsi nəzərdə tutulur.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL