waplog

Cənubi Koreya şirkətinin istehsalı olan televizor və monitor "TIPA 2014” mükafatına layiq görülüb


On altı ölkənin 29 müxtəlif jurnalının üzv olduğu dünyanın nüfuzlu media assosiasiyalarından biri olan “TIPA” ilin ən yaxşı məhsulunu seçmək üçün hər il çağırılaraq qurğuları texnoloji üstünlüklər, innovativ dizayn, rahat istifadə və qiymətin keyfiyyətə uyğunluğu kimi bir sıra kriterilər üzrə qiymətləndirir.
 
Cənubi Koreyanın “LG” şirkətinin istehsalı olan “LG UB980” ultra yüksək təsvir ölçülü (UHD – 4K) televizor modeli bu il “TIPA Award 2014” mükafatına layiq görülüb. Mütəxəssislərin qənaətinə görə, televizor foto təqdimatları üçün ideal qurğudur. Yüksək təsvir ölçüsü (3840×2160 piksel) “IPS” panelinin digər üstünlükləri ilə birlikdə fotoşəkillərdə kiçik detalları çox yaxşı təqdim etməyə imkan verir.

Məhz buna görə “LG UB980” "ULTRA HD” televizoru assosiasiyanın “Best Photo TV Award” mükafatına layiq görülüb.

65, 79, 84 və 98 düym diaqonallarında təqdim olunan və başlanğıc qiyməti 4499 avro təşkil edən “LG UB980” seriyası “WebOS” əməliyyat sistemi ilə təchiz edilib. Bundan başqa, “LG 34UM95” monitoru “TIPA”-nın “Fotoşəkillərin göstərilməsi üçün ən yaxşı monitor” nominasiyasında mükafata layiq görülüb.
“LG” monitorları ardıcıl ikinci ildir “Best Photo Monitor Award” mükafatını alır.

Tərəflər nisbəti 21:9 təşkil edən 34 düymlük monitor “UltraWide QHD” (3440х1440) təsvir ölçüsünə, rənglərin idarə edilməsi funksiyalarına və bir neçə, o cümlədən “Thunderbolt 2” interfeysinə qoşulma imkanına malikdir, - "HDTV www.hdtv.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL