waplog

“Sony” müştərilərindən üzr istədi


“Sony Pictures” şənbə günü səhər şirkətin bir sıra İT resurslarının qırılması faktını rəsmi təsdiq edib. “Sony Pictures”in rəhbəri Maykl Linton və icraçı direktoru Emi Paskalın birgə bəyanatında bildirilib ki, şirkət rəsmi araşdırma həyata keçirmək və hücumun təşkilatçılarını tapmaq üçün artıq FBR ilə əlaqə saxlayıb.
"Biz çox heyifsilənirik və bu kibercinayət nəticəsində zərər dəymiş bütün müştərilərimizdən üzr istəyirik",- deyə bəyanatda bildirilib. Xatırladaq ki, cümə axşamı Lulz Security adlı haker qrupu bildirib ki, “Sony” şirkətinin oyun şəbəkəsini sındırmaq və onun milyondan çox istifadəçisinin şifrələrini, poçt ünvanlarını və digər şəxsi məlumatlarını ələ keçirmək onlara müyəssər olub. Bu qrupun bəyanatında bildirilib ki, qrup üzvləri SonyPictures.com saytının işlədiyi serverlərə giriş əldə ediblər.
Qeyd edək ki, aprel ayında da hakerlər “Sony”nin oyun şəbəkəsinə girmiş və 77 milyon hesabdan şəxsi məlumatları ələ keçirmişdilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL