waplog

Hakerlər bloklanmış “iPhone” qurğularını “sındırmağı” öyrəniblər


Hakerlər bloklanmış “iPhone”ları “sındırmağı” öyrəniblər və qurğu "iCloud” serverinə qoşulmaq əvəzinə, onların kompüterinə qoşulur. Bu boşluğu aşkar etmək üçün onlara beş ay tələb olunub. 

Özlərini “Doulci” adlandıran haker qrupunun saytında bildirilir ki, telefonu və ya planşeti “sındırmaq” üçün hosts faylına “sehrli sətri” əlavə etmək kifayətdir. Bundan sonra hər şey avtomatik baş verəcək. Saytda onlar müştərilərin doulci servisi vasitəsi ilə blokları uğurla açdıqlarını bildirən “Tvitter”dən skrinşotlar nəşr ediblər. Hakerlər bildirirlər ki, artıq 30 min qurğunun blokunu açıblar. 
 
“Doulci” servisinin yaradıcıları bildiriblər ki, onların layihəsi qeyri-kommersiya xarakteri daşıyır. Onlar mart ayında “Apple” şirkətinə  qurğularında kritik boşluğun olduğu haqda məlumat veriblər. 
 
“iPhone” və ya “iPad” istifadəçisi “iCloud” servisi vasitəsi ilə bloka sala bilər və “Apple”da əmin edirlər ki, bundan sonra qurğudan istifadə etmək mümkün olmur.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL