waplog

İşıq əsasında simsiz sualtı rabitə sistemi hazırlanıb


“Taiyo Yuden” və “Toyo Electric” şirkətləri suyun altında məlumatların yüksəksürətli simsiz ötürülməsini təmin edən sistem hazırlayıb.

Radiodalğalar siqnalın zəifləməsi səbəbindən suyun altında məlumat mübadiləsi üçün əlverişsiz hesab edilir. Səs və görünən işıq vasitəsilə sualtı məlumat mübadiləsi texnologiyaları mövcud olsa da, belə sistemlər yüksək məhsuldarlığa malik olmadığından videoaxının yayımı üçün yaramır.

Şirkətlərin təqdim etdiyi texnologiya ümumi təyinatlı göy işıq diodlu şüalandırıcılardan istifadəyə əsaslanır. Qeyd olunur ki, sistem suyun altında informasiyanı 50 Mbit/saniyə sürətində ötürməyə imkan verir. Lakin rabitə kanalının bu cür buraxılış qabiliyyətini hansı məsafədə dəstəkləməsi barədə məlumat verilmir.

Sistemin sınaqları “NHK” (Japan Broadcasting Corp) Radio-televiziya Yayım Korporasiyası mütəxəssislərinin dəstəyi ilə üzgüçülük hovuzunda aparılıb. Hazırda tədqiqatçılar təklif olunan kompleksə bir sıra dəyişikliklər etməyi planlaşdırırlar. Məsələn, onlar radioqəbuledicinin çəki və qabaritini azaltmaq niyyətindədirlər.  

Xatırladaq ki, işıq vasitəsilə digər texnologiya – hava məkanı ilə informasiya mübadiləsi üçün  “Li-Fi” texnologiyası da mövcuddur. “Li-Fi”ın iş prinsipini işıq diod lampaların işıqsaçma parametrlərini yüksək sürətlə dəyişməsi təşkil edir və bu prosesi informasiyanı kodlaşdıran xüsusi mikroçip idarə edir. İşıq şüalarının qeydiyyatı üçün işıq dalğalarının məlumat dalğalarına çevrilməsini həyata keçirən xüsusi fotodetektordan istifadə olunur, - "3DNews www.3dnews.ru” yazır.     
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL