waplog

“Samsung” şirkəti smartfon funksionallığına malik "ağıllı" saat buraxacaq


Cənubi Koreya şirkətinin planları ilə tanış mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb ki, “Samsung” şirkəti yayda smartfon funksionallığına malik "ağıllı" saat buraxacaq.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğu zəngləri qəbul edir və smartfona qoşulmadan çağırış edir. Cihaz, həmçinin şəkilçəkmə, elektron poçtla iş funksiyalarına malik olacaq, “GPS”, “Bluetooth” və nəbz ötürücüsü ilə təchiz ediləcək.

2014-cü ilin birinci rübündə “Strategy Analytics” analitik şirkətinin məlumatına görə, "ağıllı" saat bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 250% artıb və 71% bazar payına sahib “Samsung” sözügedən bazarın lideridir.

Emil Hüseynov
 
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL