waplog

Yaponiya turistləri internetə pulsuz “Wi-Fi” çıxışı ilə təmin edəcək


Yaponiya hökuməti, "Nippon Telegraph and Telephone” (NTT) korporasiyası və bir sıra digər yerli bazar iştirakçıları ölkə ərazisində xarici turistləri pulsuz “Wi-Fi” çıxışı ilə təmin edəcək.

Yaponiya Milli Turizm Agentliyi tərəfindən 2011-ci ildə aparılan tədqiqatdan məlum olub ki, xaricdən gələn vətəndaşların təxminən dörddə bir hissəsi gündoğar ölkədə “Wi-Fi” şəbəkəsi ilə internetə çıxış üçün çətinliklərlə üzləşir. Bu, dil və nəqliyyat çətinlikləri ilə yanaşı, başlıca problemlərdən biri hesab edilir.   


Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri “NTT” və “KDDI” şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.

Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində xüsusi identifikator ala biləcəklər. Bundan başqa, belə İT kodları xüsusi mobil əlavə vasitəsilə yükləmək mümkün olacaq. Nəticədə identifikator müxtəlif ictimai yerlərdə “Wi-Fi” şəbəkələrinə pulsuz qoşulmağa imkan verəcək.   
   
Təşəbbüs təşkilatçıları identifikatorların emalı üçün sistem hazırlayaraq tətbiq etməlidirlər. Proqramın hotel, nəqliyyat infrastrukturu iştirakçıları tərəfindən dəstəklənəcəyi güman edilir. Sistemin 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır, - “3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL