waplog

“BlackBerry” istifadəçiləri üçün yeni musiqi xidməti


Kanada istehsalçısı “Research in Motion” hazırda “BlackBerry Messenger” xidməti çərçivəsində yeni musiqi xidmətinin işə salınması üçün ən böyük səsyazma şirkətlərinin kontent hüquqların əldə edilməsi haqqında onlarla danışıqlar aparır.

Bu barədə danışıqların gedişindən xəbərdar olan mənbələrə istinadən “CNET” nəşri bildirib. Nəşrin məlumatına görə, “Research in Motion” artıq ən azı 1 musiqi şirkəti ilə lisenziya razılaşmasını imzalayıb və daha 2 şirkətlə müqavilələrin imzalanması yaxın müddətdə reallaşdırıla bilər. “Research in Motion” şirkətinin yeni musiqi xidmətinin test versiyası yaxın həftələr ərzində istifadəyə verilə bilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL