waplog

İkinci rübdə LTE abunəçilərinin sayı 205 milyon istifadəçiyə çatacaq


“Market Intelligence & Consulting Institute” (MIC) tədqiqat agentliyinin qiymətləndirməsinə görə, 2014-cü ilin ikinci rübündə dünyanın 101 ölkəsini təmsil edən 238 operator tərəfindən dördüncü nəsil şəbəkəsi işə salınacaq.

Ekspertlər bildirir ki, bu halda LTE rabitə xidmətlərinin ümumi abunəçi bazası  205 milyon istifadəçini ötəcək.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin hesabatına əsasən, 101 operator Avropanın 41 ölkəsində kommersiya LTE şəbəkəsini işə salıb. Bu regionda “4G” rabitədən istifadə edən abunəçilərin sayı 20,3 milyona çatıb ki, bu da dünya auditoriyasının 10%-i deməkdir. LTE şəbəkə abunəçilərinin çox hissəsi (46,1%) Şimali və Latın Amerikasında yaşayır. Bu regionlarda 17 ölkədə 54 operator tərəfindən LTE şəbəkə işə salınıb.

“Market Intelligence & Consulting Institute” agentliyinin nümayəndələri deyib ki, Asiyanın 24 ölkəsində 58 yerli operator tərəfindən 58 LTE şəbəkəsi işə salınıb.

Beynəlxalq Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyasının məlumatına görə, 2013-cü ildə dünyada mobil rabitənin abunəçilərinin sayı 6.25% artaraq 6,78 milyard insan təşkil edib. Ötən ilin sonunda LTE şəbəkəsinin abunə bazası 200 milyonu ötüb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL