waplog

Stiv Balmer basketbol komandasının yeni sahibi ola bilər


“Microsoft”un keçmiş baş direktoru Stiv Balmer “Los Angeles Clippers” basketbol komandasının yeni sahibi ola bilər. Yerli mətbuat yazır ki, Balmer bu yaxınlarda adıçəkilən komandanın sahibləri Şelli və Donald Sterlinqlə görüşərək sazişin şərtlərini müzakirə etməlidir.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, indiyədək Balmerin basketbola xüsusi sevgisi müşahidə olunmayıb, hərçənd ki 20 milyard dollar məbləğində varidata malik Balmer asanlıqla belə saziş bağlaya bilər.
 
Qeyd edək ki, “Microsoft”un həmtəsisçisi Pol Allen “Portland Trailblazers” basketbol klubunun sahibidir, digər məşhur İT investoru Mark Kyuban “Dallas Maverics” klubunu idarə edir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL