waplog

İntellektual işlə məşğul olanlar daha tez arıqlayır


İnsan orqanizmi gərgin intellektual iş rejimində çoxlu kalori sərf edir. Kanadanın Lavalya Universitetinin alimləri belə qənaətə gəliblər ki, intellektual işlə məşğul olanlarda, əsasən də kompyuter arxasında oturan insanlarda maddələr mübadiləsi sürətli gedir və bu da onların daha tez arıqlamasına gətirib çıxarır.

Alimlər 14 nəfər üzərində müxtəlif vaxtlarda- mütaliədə, istirahətdə, monitor arxasında, işdə müşahidələr aparıb və onların maddələr mübadiləsini izləyiblər.

Əldə edilən nəticələrə görə, hər hansı mətn üzərində işləyən tələbə istirahət edən tələbəyə nisbətən 200 kalori çox sərf edir. Kompyuter tapşırıqlarını yerinə yetirən tələbələr isə 250 kalori daha çox istifadə edib. Bu da normadan xeyli artıqdır.

Alimlər belə də hesab edirlər ki, ofisdə oturaq işdə işləyən insanların çəkisi normadan çox olur. Niyə? Özləri də bu suala belə cavab verirlər ki, gərgin iş rejimindən sonra istirahət edən ofis işçiləri digərlərindən fərqli olaraq ikiqat qida qəbul edir.

Onlardan götürülən qan analizləri göstərir ki, iştahanın artması nəticəsində qanda qlükozanın miqdarı xeyli aşağı düşür. Məhz buna görə də, onların iştahası 25-30% artır. Bu da onların kökəlməsinə gətirib çıxarır.

Ekspertlərin fikrincə, beyindən gələn impulslar nəticəsində insan orqanizmi çox qida qəbul etməyə başlayır. Bu impulsların qarşısını bir stəkan şirin çayla belə almaq olar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL