waplog

"LG G3" smartfonu rəsmən təqdim edilib


"LG" şirkəti öz qabaqcıl "G3" smartfonunu nümayiş etdirib. 5.5 düymlük ekranın təsvir ölçüsü 2560x1400 piksel (QuadHD) təşkil edir.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "G3" smartfonunun içliyi ürəkaçandır. Smartfon 2,5 QHs takt tezlikli dördnüvəli "Snapdragon 801" prosessoru, 2 və ya 3 QB əməli yaddaş (modeldən asılıdır), 16/32 QB fləş-daşıyıcı, həmçinin 3000 milliamper/saat tutumlu çıxarıla bilən akkumulyatorla təchiz edilib. "MicroSD" kart, “LTE” və “Wi-Fi” şəbəkələrinə qoşulma reallaşdırılıb. Ölçüsü 146,3x74,6x8,9 mm, çəkisi 149 qramdır.

13 meqapiksellik kamera optik sabitləşmə sistemi və yeni lazer avtofokuslama sisteminə malikdir. İstifadəçi ekrana "G3" smartfonu eyni zamanda fokuslama edir və şəkil çəkir. Ön kameranın təsvir ölçüsü 2.1 mp-dir.

"G3" smartfonunda korpusun konstruksiyasında plastikdən istifadə edilib. Smartfon yüngüldür və rahat şəkildə əlin içinə yerləşir. Bundan başqa, sələfində (G2) olduğu kimi "G3" smartfonunda da gurluğu tənzimləyən düymə arxa paneldə kameranın aşağısında yerləşib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL