waplog

“Google” sürücüsüz avtomobilini nümayiş etdirib


“Google” korporasiyası sürücüsüz avtomobilini nümayiş etdirib. Elektrik avtomobili iki sərnişin üçün hesablanıb və sükan çarxı, qaz pedalı yoxdur.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, avtonom avtomobillər layihəsinin inkişafında yeni mərhələ haqda “Google”un həmtəsisçisi Serqey Brin “Recode” konfransında bəyan edib. O deyib ki, hazırda "quqlmobil"in yalnız prototipi hazırlanıb, ancaq artıq yayda genişmiqyaslı sınaqlar üçün təxminən 100 bu cür maşın hazırlamaq planlaşdırılır. Sürücüsüz avtomobil bort kompüteri və çoxsaylı ötürücülərlə idarə olunur.
 
Layihənin məqsədi daha təhlükəsiz avtomobillərin yaradılmasıdır. Hazırda ABŞ-da avtomobil qəzalarında hər il 33 min insan, bütün dünyada isə təxminən 1,2 milyon insan dünyasını dəyişir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL