waplog

“Firefox” smartfonunun satışlarına başlanılıb


“Mozilla” şirkəti “Firefox OS” əməliyyat sistemi ilə işləyən “Flame” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Aparatın qiyməti 170 dollardır.

“Flame” smartfonu 1,2 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon” prosessoru, 4,5 düymlük “FWVGA” ekranı (854x480 piksel) və iki kamera  (arxa paneldə avtofokus və işıqlandırıcıya malik 5 meqapiksellik və ön paneldə 2 meqapiksellik) ilə təchiz edilib. Daxili yaddaşın həcmi 8 QB təşkil edir.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, akkumulyatorun tutumu 1800 milliamper/saat təşkil edir. Bundan başqa, iki SİM kart dəstəklənir, kontaktsız ödənişlər üçün NFC çip, həmçinin “microSD” slotu, “Wi-Fi” (802.11 b/g/n) və “Bluetooth 3.0” modulları mövcuddur. Əməli yaddaşın həcmi 256 MB ilə 1 QB arasında dəyişilir.

“Flame” smartfonu Yaponiyadan başqa bütün ölkələrə tədarük olunur.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL