waplog

Azərbaycan “XXI əsr rəqəmsal dünyada arxivlərin komplektləşdirilməsi” konfransında təmsil olunub


Mayın 22-23-də Polşanın paytaxtı Varşava şəhərində “XXI əsr rəqəmsal dünyada arxivlərin komplektləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Azərbaycan Milli Arxiv İdarəsindən (MAİ) verilən məlumata görə, Polşa Dövlət Arxivləri Müdiriyyətinin təşkilatçılığı ilə təşkil edilmiş, Mərkəzi və Şərqi Avropa ölkələrinin 25-dən artıq arxiv təşkilatı, o cümlədən mədəni-tarixi irsin mühafizəsi üzrə təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə MAİ-nin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov da iştirak edib.
 
Konfransda rəqəmsal dünyada mədəni-tarixi irsin qorunmasında arxivlərin rolu və vəzifələri, müasir dünyada İKT-nin sürətli inkişafı şəraitində yaranan elektron sənədlərin arxivlərdə komplektləşdirilməsi, onların dəyərinin ekspertiza edilməsinin metodologiyası, elektron sənədlərin forma və formatlarının vahid standartlarının yaradılması, ənənəvi və elektron arxivlərin saxlama xərclərinin müəyyən edilməsi, informasiya resurslarının tarixi mənbə kimi dəyərləndirilməsinin kriteriləri və s. mövzularda müzakirələr aparılıb.
 
Konfrans iştirakçıları, həmçinin elektron sənədlərin vahid forma və formatları üzrə standartların hazırlanmasının zəruriliyi, onların saxlanma şəraitinin təkmilləşdirilməsi və digər daşıyıcıya miqrasiyası məsələləri ətrafında müzakirələr aparıb, çoxsaylı informasiya sistemlərinin, veb-saytlarda yaranan informasiya resurslarının mühafizəsi məsələsinə də münasibət bildiriblər.
 
Qeyd edək ki, bütövlükdə konfransda müzakirə olunan məsələlər və diskussiyalar zamanı qaldırılan problemlər, arxiv işinin müasir tələblər əsasında qurulması, onun inkişafı və modernləşdirilməsi sahəsində dünya ölkələrinin iş təcrübələrinin öyrənilməsi Azərbaycan arxivləri üçün də xüsusi əhəmiyyət kəsb edir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL