waplog

Yüksək Texnologiyalar Parkında xüsusi təlimlər keçiriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında “Startup Azərbaycan” müsabiqəsində iştirak edən startup komandaları üçün  xüsusi təlimlər təşkil olunacaq. 
 
Müsabiqənin Təşkilat Komitəsindən (TK) verilən məlumata görə, təlimlər iyun ayının 7-də baş tutacaq. Burada startup komandaları üçün  biznes-planların yazılması, onların investorlar üçün  təqdimatlar hazırlaması,  komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə edəcəklər.  TK bildirir ki, artıq təlim proqramının ilkin versiyası hazırlanıb:
 
“Təlim prosesində beynəlxalq ekspert Paul Varren və yerli ekspertlər iştirak edəcək. Təlimlərdən sonra 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq  yarımfinala çıxan startuplar yenidən biznes-planlar hazırlayaraq müsabiqəyə təqdim edəcəklər.  2-ci mərhələ səsvermədə startupların ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlarla çıxış etmələri nəzərdə tutulub. Ekspertlər startupların təqdimatları və təqdim etdikləri əhatəli biznes planlar əsasında “Startup Azərbaycan”ın finalçılarını müəyyən edəcəklər. “Startup Azərbaycan” tədbirlərinin yekununda finalçıların investorlarla qapalı görüşləri təşkil olunacaq”.
 
 
TK-dən o da bildirilib ki, ənənəvi  “Startup Azərbaycan” milli konfransının və “Startup Azərbaycan” yekun təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, “Startup Azərbaycan” layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir. Müsabiqənin akademik partnyoru ADA Universitetidir. Eyni zamanda, Yüksək Texnologiyalar Parkı, “İnfiPro”, “SİNAM” və “Bakcell” şirkətləri də dəstəkçilər sırasındadır.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL