waplog

“Nar Mobile” xeyriyyə aksiyası keçirib


İyun ayının 1-də “Nar Mobile” mobil operatoru öz korporativ sosial məsuliyyət (KSM) siyasəti çərçivəsində xeyriyyə aksiyası keçirib. Belə ki, mobil operator Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq valideyn qayğısından məhrum olmuş uşaqlar üçün sevinc dolu bayram tədbiri təşkil edib.
 
 
Aksiya çərçivəsində Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının balaca sakinləri “28 Cinema” kinoteatrında “Meşə keşikçisi” cizgi filmini izləyiblər, daha sonra isə animatorla birgə müxtəlif əyləncəli oyunlarda iştirak ediblər. Tədbir çərçivəsində həmçinin uşaqlar üçün köpüklü şou və nahar süfrəsi təşkil olunub.
 
 
Qeyd edək ki, mobil operator hər il KSM siyasəti çərçivəsində uşaqlar üçün müxtəlif vaxtlarda xeyriyyə və dəstək yönümlü aksiyalar təşkil edir.    
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL