waplog

“Samsung Z” smartfonu nümayiş etdirilib


‘Samsung” şirkəti “Tizen” əməliyyat sistemi ilə işləyən ilk smartfonunu nümayiş etdirib.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Samsung Z” aparatı HD təsvir ölçülü 4.8 düymlük “Super AMOLED” ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, barmaq izlərinin skaneri, nəbzölçən, 8 meqapiksellik əsas kamera, microSD slotu və 2600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. LTE şəbəkəsi dəstəklənir. Qurğunun ölçüsü 138×70×8,5 mm, çəkisi 140 qramdan az təşkil edir.
 
Aparatın qiyməti məlum deyil.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL