waplog

Təhsil Nazirliyi hazırda işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb


Təhsil Nazirliyi hazırda işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb. Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi iyun ayı ərzində aparılacaq.

Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsahibə proqramı”, “Elektron ərizə” və “Şəxsi səhifə” bölmələri yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlər “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olub elektron ərizə doldurmalıdırlar.
 
 Elektron ərizələrin qəbulu iyunun 1-dən 10-dək aparılacaq. Nazirlikdən bildirilib ki, elektron ərizə doldurularkən məlumatların düzgünlüyü təmin edilməli, bütün vacib sahələr doldurulmalıdır. Yerdəyişmə üçün elektron ərizə verən müəllim ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.
 
Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra yerdəyişmədə iştirak edən müəllimlərlə müsahibə keçiriləcək, nəticələr qeydə alınacaq və proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq. Müsahibə barədə məlumatları “Müsahibə proqramı”ndan əldə etmək mümkündür.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL