waplog

“Intel” 2016-cı ildə simsiz fərdi kompüterlərin istehsalına söz verib


"Intel" şirkəti fərdi kompüterləri naqillərdən tamamilə xilas edəcək texnologiyalar üzərində işləyir. Bu haqda "Computex" sərgisində korporasiyanın vitse-prezidenti Kirk Skauqen deyib. O əmindir ki, sözügedən kompüterlər artıq 2016-cı ildə bazarda satılacaq.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, "PCWorld" portalı yazır ki, korporasiya "WiGig" texnologiyasının tətbiqinə ümid edir, belə ki, kabelsiz ekrana videosiqnal ötürmək, həmçinin kompüteri "maus" və klaviatura kimi periferiya qurğuları ilə əlaqələndirmək mümkün olacaq.
Yeganə maneə qurğunun enerji ilə doldurulmasıdır.

Hazırda şirkət noutbuk üçün simsiz enerjidoldurma qurğusu üzərində işləyir. Skauqen öz çıxışı zamanı 20 Vatt gücündə sözügedən qurğu prototipini nümayiş etdirib. İrlandiyanın "Dell" şirkəti də müvafiq  həll üzərində işləyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL