waplog

“Elektron hökumət” portalına TQDK-nın daha 3 e-xidməti inteqrasiya edilib


Azərbaycanın dövlət qurumlarının elektron xidmətlərini özündə cəmləşdirən “Elektron hökumət” portalı vasitəsilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının daha 3 elektron xidmətindən istifadə etmək olar.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal üzərindən təqdim olunan yeni e-xidmətlərə “Namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulu”, “Sınaq imtahanına yazılış” və “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” xidmətləri daxildir.

“Namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulu” xidməti namizədlərin ərizələrinin internet vasitəsilə onlayn rejimdə qəbulu üçün nəzərdə tutulub.
“Sınaq imtahanına yazılış” xidməti vasitəsilə sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər imtahanlara internet vasitəsilə onlayn rejimdə yazıla bilərlər.

“Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” xidməti namizədlərin elektron ixtisas seçimi ərizələrinin internet vasitəsilə onlayn rejimdə qəbulunu əhatə edir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL