waplog

Din xadimlərinə müasir informasiya texnologiyaları ilə işləmək vərdişləri aşılanır


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatıb.

Tədbirdə çıxış edən QMİ sədri şeyxülislam Hacı Allahşükür Paşazadə təkmilləşdirmə kursları baradə məlumat verib. O bildirib ki, belə kurslar bundan sonra da davam etdiriləcək. Bu işdə əziyyəti, köməyi olan insanlara təşəkkür edirəm.

Vurğulanıb ki, təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar biraylıq müddətdə yüksək səviyyədə mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar.

Din xadimləri bu dövrdə din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Vətən tarixi, mədəniyyəti, dini maarifləndirmədə KİV-lərin rolu və s. mövzularda Prezidentin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri şeyxülislam Hacı Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin tanınmış alimlərinin sanballı mühazirələrini dinləyiblər.

Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Şəhidlər xiyabanında olub, Mirmöhsün ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət edib, Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyində və c. yerlərdə olublar.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL