waplog

Hindistan şirkəti Avropa bazarına ucuz smartfon çıxarıb


Hindistanın "Xolo" şirkəti "Q1200" cihazını Avropa bazarına çıxarır. Artıq sabahdan 175 dollara açıq satışda olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Xolo Q1200" smartfonu 1.3 QHs takt tezlikli dördnüvəli "MediaTek MT658" prosessoru, 1 QB əməli, 8 QB daxili yaddaş, 8 və 2 meqapiksellik kameralarla (əsas kamera ikiqat işıq diodu işıqlandırıcısı ilə təchiz olunub) təchiz edilib. Smartfona 1280x720 təsvir ölçülü 5 düymlük  IPS matrisli ekran quraşdırılıb.
 
Aparata "Android 4.2.2" versiyası quraşdırılıb. LTE modem yoxdur. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saatdır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL