waplog

“Startup Azərbaycan” çərçivəsində növbəti təlim keçirilib


“Startup Azərbaycan”  müsabiqəsinə buraxılan 28 startup komandası üçün təlim keçirilib.
 
 “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Yüksək Texnologiyalar (YT) Parkında təşkil olunan təlimdə YT Parkın təmsilçisi Ülvi Aslanov çıxış edib, yerli ekspertlərlə yanaşı, beynəlxalq ekspert Paul Varrenin təqdimatları olub.
 

Təlimdə iştirak edənlər startup komandaları biznes-planların hazırlanması, internet bazarın və risklərin dəyərləndirilməsi, layihələrin  investorlara təqdim edilməsi, investorlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi və onlarla iş qaydaları haqqında bilik və bacarıqlar əldə ediblər. 
 

Təlimdə bildirilib ki, müsabiqənin 1-ci mərhələsində seçilən yarımfinalçılar təlimlərdən sonra əldə etdikləri bilik və bacarıqlar əsasında yenidən əhatəli biznes-planlar hazırlamalı və “Startup Azərbaycan” Ekspert Şurasına təqdim etməlidirlər. 
 

Həmçinin yarımfinalçıların ekspertlər qarşısında öz layihələri ilə bağlı oflayn formada təqdimatlarla çıxış etmələri də nəzərdə tutulub. Bu təqdimatlar əsasında ekspertlərin yekun qiymətləndirməsi olacaq və finalçılar seçiləcək.

“Startup Azərbaycan” Yekun Təqdimat mərasiminin və ənənəvi “Startup Azərbaycan” Milli Konfransının, finala çıxan startuplarla investorların qapalı görüşünün  3 iyul tarixdə keçirilməsi planlaşdırılır.
 
“Startup Azərbaycan” Azərbaycan İnternet Forumunun təşkilatçılığı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə keçirilir. “Startup Azərbaycan”ın akademik partnyoru ADA Universitetidir. 
Yüksək Texnologiyalar Parkı, “İnfiPro”, “SİNAM” və “Bakcell” şirkətləri “Startup Azərbaycan”a dəstək verirlər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL