waplog

Azərbaycanda müasir texnologiyalarla təchiz olunacaq daha bir məhkəmə binasının təməli qoyulub


Son illər ölkəmizdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilib, konseptual baxımdan yeni olan bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin və binalarının təməli qoyularaq intensiv inşasına başlanılıb.
 
Ədliyyə Nazirliyindən verilən məlumata görə, növbəti olaraq Zaqatala Rayon Məhkəməsinin müasir inzibati binasının təməli qoyulub.
 
Ümumi sahəsi 2300 m2 olan 3 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və videosistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL