waplog

Pentaqon Cənubi Koreya istehsalçısının dörd mobil qurğusunu bəyənib


ABŞ Müdafiə Nazirliyi Cənubi Koreyanın “Samsung” şirkətinin dörd mobil qurğusunu əməkdaşlar tərəfindən ictimai şəbəkələrdə istifadə üçün bəyənib. Qurğular “Android” əməliyyat sisteminin ən sonuncu versiyası ilə işləyir və “Knox” funksiyasını dəstəkləyir.

“Knox” əlavələrin mühafizəli virtual mühitdə işini təmin edir ki, bu da nazirlik daxilində əməkdaşların şəxsi telefonlarından istifadəsinə imkan yaradır. Onlar qurğunu yenidən yükləmədən düyməni bir dəfə basmaqla adi və təhlükəsiz rejimə keçə biləcəklər.

Pentaqon və ABŞ-ın digər federal hökumət orqanlarının qulluqçuları “Galaxy S4” və “Galaxy S4 Active”, “Galaxy Note 3” smartfonlarından, eləcə də “Galaxy Note Pro 12.2” və “Galaxy Note 10” planşet kompüterlərindən istifadə etmək imkanı əldə edəcəklər. Aparatlar “Android 4.4 KitKat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

“Samsung” nümayəndələrinin sözlərinə görə, Müdafiə Nazirliyini razı salmaq heç də asan olmayıb, çünki belə qurğular yüzlərlə tələbə cavab verməli, o cümlədən daha təkmil məlumat şifrləmə sistemi və elektronikaya qanunsuz müdaxilənin əlamətlərinin aşkarlanması texnologiyası ilə təmin edilməlidir.


Şirkət “Knox” platforması ilə komplektləşdirilən digər “Galaxy” smartfon və planşetlərin də ABŞ hərbçiləri tərəfindən bəyəniləcəyinə ümid edir, - “DailyComm www.dailycomm.ru” yazır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL