waplog

“Xalq kompyuteri” layihəsi çərçivəsində 13880-dən çox kompyuter satılıb


“Xalq kompyuteri” layihəsinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, sayt işə salınan gündən 19 avqust 2011-ci il tarixədək 13880 ədəd kompyuter və noutbuk güzəştli şərtlərlə ölkə vətəndaşlarına satılıb. Qeyd edək ki, “Xalq kompyuteri” layihəsinin icrasına 10 aprel 2009-cu ildə başlanıb.

Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompyuter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda “rəqəmsal bərabərsizliyin” azaldılması məqsədilə İKT tətbiqinin genişləndirilməsi və həmçinin, informasiya cəmiyyətinin və elektron hökumətinin inkişafına yönəlmiş Azərbaycan hökumətinin fəaliyyətinin dəstəklənməsidir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL