waplog

Dünyanın ən böyük televizoru təqdim olunub


Böyük Britaniyanın “Titan” şirkətinin istehsal etdiyi dünyanın ən böyük “Zeus” markalı televizor modelinin panelinin diaqonalı 370 düym (9.39800 metr) təşkil edir.

Qeyd olunur ki, displey ölçüləri 8x5 metr olan televizor həm qapalı yerlərdə, həm də açıq havada istifadə üçün nəzərdə tutulub. “4K” formatını (Ultra HD) dəstəkləyən panelin təsvir ölçüsü 3840х2160 piksel təşkil edir ki, bu da “Full HD” (1920х1080 piksel) formatının təsvir ölçüsü ilə müqayisədə dörd dəfə çoxdur.

Çəkisi təxminən bir ton təşkil edən “Titan Zeus” yaxşı rəng çalarları ilə xarakterizə olunur. Qurğunun digər texniki xüsusiyyətləri hələlik açıqlanmır.

Televizorun qiyməti çatdırılma daxil olmaqla 1,6 milyon dollar təşkil edir. İstehsalçı təmsilçilərinin sözlərinə görə, artıq model üçün ilkin sifarişlər verilib, - "3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL