waplog

3 milyon “Raspberry Pi” kompüteri satılıb


Kembricin “Raspberry Pi Foundation” qeyri-kommersiya təşkilatı rəsmən 3 milyon “Raspberry Pi” mini-kompüter modelini satdığını bəyan edib.

Modelin 2 milyonuncu ədədi 2013-cü ilin oktyabrında satılıb. Bunu nəzərə alaraq deyə bilərik ki, hazırda ayda təxminən 150 min bu kompüterdən satılır. Satış sayına görə “Raspberry Pi” artıq əvvəllər populyar olan “Amstrad” kompüterini geridə qoyub və “ZX Spectrum” (5 milyon ədəd satış) kompüterinə yaxınlaşıb.  
Qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” - birplatalı kompüter olmaqla 700 MQhz tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835 “ çip üzərində sistem” (SoC) ilə yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin bağlanması üçün 3,5 mm çıxışla təchiz edilib.

Qeyd edək ki, kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb, - “Xaker www.xakep.ru” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL