waplog

Məlumatları 56 Qbi/saniyə sürətində qəbul edən mikrosxem hazırlanıb


“Fujitsu Laboratories” şirkətinin elmi tədqiqat bölməsi məlumatları 56 Qbi/saniyə sürətində qəbul edən mikrosxem hazırlayıb. Bu, superkompüter və yeni nəsil serverlərdə tətbiq olunacaq bu tip qəbuledici üçün yeni dünya rekordudur. Texnologiya barədə ətraflı məlumat iyunun 9-13-də Havay adalarında keçirilən “VLSI Technology and Circuits” simpoziumunda verilib.

Kompüter klasterlərində mərkəzi prosessor qurğusu arasında məlumatların ötürülmə sürətinin artırılması paralel hesablamaların ümumi məhsuldarlığını artırmağa imkan verir. Bu, sayı “bulud” servislərinin populyarlığının artması ilə sürətlə yüksələn məlumat mərkəzləri üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də son bir neçə ildə məlumatların buraxılış qabiliyyəti saniyədə bir neçə qiqabitdən 10 Qbit/saniyəyədək və daha çox yüksəlib. “Fujitsu” şirkəti 2016-cı ildə bazara sürəti iki dəfədən çox – 56 Qbit/saniyəyədək artıran texnologiyanı çıxarmaq niyyətindədir.

Yaponiya şirkətinə qəbuledicinin məhsuldarlığını xeyli artırmağa imkan verən əsas texnologiya daxil olan siqnalın dəyişmiş formasını kompensasiya edərək əvvəlki bitlərin əhəmiyyətini nəzərə alan əks rabitəli uyğunlaşdırılmış ekvalayzerdir.
 
“Fujitsu” buraxılış dalğasının artırılması üçün çoxlu paralel ekvalayzerin dizaynından, eləcə də bir neçə əlavə innovasiya üsulundan, o cümlədən paralel axınlarda siqnalın proqnostik kompensasiyası prosesindən (look-ahead compensation) istifadə edib, - “Xaker www.xakep.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL