waplog

Türk Akademiyası ilə AMEA elmi texniki sənədlərin mübadiləsini həyata keçirəcəklər


Türk Akademiyası (TA) ilə AMEA elmi texniki sənədlərin mübadiləsini həyata keçirəcəklər. Bu əməkdaşlıq istiqaməti tərəflər arasında bağlanan memorandumda əksini tapıb. Belə ki, AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində qazaxıstanlı həmkarı, Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdıralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə əsas məqsəd iki qurum arasında mövcud əməkdaşlığın davam etdirilməsi, təhsil və beynəlmiləlləşmə, həmçinin elmi tədqiqatların təkmilləşdirilməsi imkanları istiqamətində müzakirələrin aparılması idi.
 
 Görüş çərçivəsində AMEA ilə TA arasında memorandum imzalanıb.
 
Sənəddə elmi layihələrə dəstək, müştərək konfrans və simpoziumların təşkili, İşçi qruplarının yaradılması, yeni nəşrlərlə bağlı təqdimatların keçirilməsi nəzərdə tutulur. AMEA-dan verilən məlumata görə, 5 illik müqavilədə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər Bakıda və Astanada illik iclas keçirəcəklər. Əməkdaşlıq zamanı əldə ediləcək nəticələrin dörd il sonra müzakirə olunması qərara alınıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL